Ölkə üzrə 117 min uşaq məktəbəqədər təhsilə cəlb olunub
Ölkə üzrə 117 min uşaq məktəbəqədər təhsilə cəlb edilib.
Bu barədə “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi hazırda 35.7 faiz təşkil edir. Bu göstəricinin 50 faizə çatdırılması hədəflənir.



