Ötənilki buraxılış imtahanı niyə çətin hesab olunub? - Sorğunun nəticələri
“Buraxılış imtahanından sonra ümumi iştirakçı auditoriyasında imtahanın subyektiv çətinlik qiyməti beşballıq şkala üzrə orta hesabla 4,19 olub. Bu, yüksək göstəricidir”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin ötənilki buraxılış imtahanı ilə bağlı keçirdiyi anonim sorğunun nəticələrinin təhlilinə həsr olunan məqalədə məlumat verilib.
Məqalədə bildirilir ki, respondentlərin açıq cavabları və narazılıq səbəbləri göstərir: imtahanın çətinliyinə verilən qiymət təkcə tapşırıqların mürəkkəbliyini əks etdirmir. İştirakçılar ən çox tapşırıq və mətnlərin uzunluğunu, vaxt çatışmazlığını, sualların çətinliyini və gözlənilməz tapşırıqları qeyd ediblər.
Beləliklə, iştirakçının imtahanı “çətin” hesab etməsi çox vaxt bütövlükdə imtahan təcrübəsinə verdiyi qiyməti ifadə edir. Vaxtı rahat idarə edən, iştirakçı ilə imtahanı gözlənilməz görən iştirakçının təcrübəsi fərqli olacaq.
Qeyd edilib ki, buraxılış imtahanından sonrakı сari ilin məzunları arasında respondentlərin 82,1 faizi repetitor və ya hazırlıq kursundan intensiv istifadə edib, 66,5 faizi isə sınaq imtahanlarında davamlı iştirak edib.
Ümumi buraxılış auditoriyasında “imtahan gözləntilərimə uyğun idi” fikrinin orta qiyməti cəmi 1,50 olub. Eyni fikir əvvəlki illərin məzunlarında 2,69, qəbul imtahanından sonra isə yenə 2,69 bal alıb. Vaxtın kifayət etməsi ilə bağlı fərq daha aydındır: orta göstərici ümumi buraxılış auditoriyasında 1,37, əvvəlki illərin məzunlarında 2,56, qəbul imtahanından sonra 2,91 olub. Tapşırıq formatının tanışlığı da müvafiq olaraq 2,39, 2,92 və 3,30 bal təşkil edib:
“Bu rəqəmlər göstərir ki, insan qarşısındakı sualı yalnız öz xüsusiyyətlərinə görə qiymətləndirmir. O, sualı əvvəlcədən gözlədiyi imtahanla müqayisə edir. Hazırlıq dövründə yaranan təsəvvür real imtahanla üstüstə düşmədikdə, gözlənilməzlik özü də çətinlik hissinin bir hissəsinə çevrilir”.




