Övladını dövlət dəstəyi ilə bağçaya qoymaq istəyənlərin NƏZƏRİNƏ!
Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi üzrə nəticələr müəyyənləşib.
"Azərbaycan müəllimi" xəbər verir ki, 63 özəl məktəbəqədər təhsil müəssisəsi müsabiqənin qalibi olub.
Müsabiqənin əsas məqsədi 2025–2026-cı tədris ili üçün dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul ola bilməyən uşaqların seçilmiş özəl bağçalara yönləndirilməsi, eləcə də onların təhsil haqlarının bir hissəsinin qrant hesabına maliyyələşdirilməsidir. Qrant mexanizminə əsasən, seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində təhsilə cəlb olunan hər bir uşağın aylıq təhsil haqqının 250 manatlıq hissəsinin dövlət qrantı hesabına ödənilməsi, qalan məbləğin isə valideyn tərəfindən qarşılanması nəzərdə tutulub.
Qrant qazanan özəl bağçalara uşaqların Azərbaycan bölməsi üzrə qeydiyyatı www.bq.edu.az portalı vasitəsilə yaxın günlərdə həyata keçiriləcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Valideynlərə portaldakı yenilikləri izləmələri və övladlarını qeydiyyatdan keçirmələri tövsiyə olunur.
-
RevaneSalam men bu qeydiyatdan nece kece bilerem mene deyersizde ede bilmirem18 gün əvvəlCavablaLike (0) -
RevaneYeni yasamal 218 gün əvvəlCavablaLike (0) -
AytacƏlavə iş yeri olaraq işləmək istərdim3 ay əvvəlCavablaLike (0) -
AynurSalam məndə uşağım keçirmişdim qeydiyyatdan ama yer olumadi qaldı 11 sayil nomureli Qobu bağçası3 ay əvvəlCavablaLike (0) -
Ramila3 aydi baqcaya qoya bilmirem3 ay əvvəlCavablaLike (0) -
QenberXətai rayonu, Babək prospekti 72 ünvanına yaxın normative cavab veren özəl bağça olarsa evladimi qoymaq istəyərəm.3 ay əvvəlCavablaLike (0)



