Pakistanda məktəbin damı uçub - 28 şagird, 1 müəllim ölüb

15 Oktyabr, 2026 - 12:35
Pakistanda məktəbin damı uçub

Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində məktəbin damının uçması nəticəsində 28 şagird və bir müəllim həlak olub, onlarla insan yaralanıb. 

“Azərbaycan müəllimi” xarici KİV-lərə istinadən bildirir ki, “Lady Reading Hospital” xəstəxanasının sözçüsü Məhəmməd Asimin açıqlamasına görə, 47 uşaq yaralanıb. Həlak olan şagirdlərin hamısının yaşı 13-dən aşağıdır.

Cümə axşamı səhər dərs zamanı baş verən uçqundan sonra bir neçə uşağın dağıntılar altında qaldığı da ehtimal olunur.