Peşə məktəblərində 68 rəhbər vəzifə vakantdır – SİYAHI

12 Fevral, 2025 - 10:27
Peşə məktəblərində 68 rəhbər vəzifə vakantdır – SİYAHI
Peşə məktəblərində 68 rəhbər vəzifə vakantdır – SİYAHI
Peşə məktəblərində 68 rəhbər vəzifə vakantdır – SİYAHI

Peşə təhsili müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu davam edir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.

Peşə təhsili müəssisələrində direktor və direktor müavini kimi çalışmaq istəyən şəxslər 22 yanvar – 16 fevral 2025-ci il tarixləri arasında https://portal.edu.az/ elektron müraciət portalı vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunur.

Vakansiya siyahısı: https://shorturl.at/pd2n4

Direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsi elektron ərizə qeydiyyatı və vakant yerlərin seçilməsi, ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər fevral ayında qanunvericilik, məntiq və müvafiq sahəyə aid suallardan ibarət imtahana dəvət ediləcəklər. Müsahibələrin mart ayında keçirilməsi nəzərdə tutulur.

Peşə təhsili müəssisələrində direktor və direktor müavini olmaq istəyən şəxslər üçün qanunvericiliklə müəyyən olunan minimum tələblər bunlardır:

Direktor vəzifəsi üçün: müvafiq ixtisaslar üzrə ali təhsil və müvafiq sahə üzrə 5 ildən az olmayan əmək stajı;

Tədris və təlim işləri üzrə direktor müavini vəzifəsi üçün: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;   

Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üçün: pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsil və ya təhsil müəssisəsinin profilinə uyğun ali təhsil, pedaqoji və ya rəhbər vəzifələrdə 3 ildən az olmayaraq əmək stajı;

İnzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üçün: orta ixtisas təhsili, yaxud ali təhsil, inzibati-təsərrüfat işlərində təcrübə