Peşə mərkəzində “Zəfərin Günü” adlı yarış keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsinin, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin və Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə intellektual “Zəfərin Günü” yarışı keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, yarışda iştirak edən 8 komanda işğaldan azad olunmuş rayonlarımızın adlarını daşıyaraq, Zəfər Gününə simvolik şəkildə öz bilik və zəka mübarizələrini ortaya qoyublar.
Yarışın sonunda “Şuşa” komandası 1-ci yerə layiq görülüb və qalib komanda üzvlərinə diplom və hədiyyələr təqdim olunub.
Tədbirin məqsədi gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual inkişafına töhfə verməkdir.

