Peşə mərkəzinin tələbələri böyük uğura imza atıblar
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən komandalar WRC Azerbaijan Çempionatında “Robotların Qaydasız Döyüşü – Bots Combat” kateqoriyasında uğur qazanıblar.
“Azərbaycan müəllimi” xəbər verir ki, qalib komandalar ölkəmizi Hindistanda keçiriləcək Dünya Robot Olimpiadasında təmsil edəcəklər.
Qalib komandaları təqdim edirik:
“Caspian Warriors” komandası 15 kq çəki kateqoriyasında I yer,
“Hunter Sənaye” komandası 30 kq çəki kateqoriyasında III yer.
Qeyd edək ki, Dünya Robot Çempionatı - Technoxian Azərbaycan 2024-cü ildən etibarən AREA- Azərbaycan Robotexnika Mühəndislik Akademiyasının rəsmi təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə keçirilən beynəlxalq yarışmadır.


