Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

25 Avqust, 2025 - 15:39
Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu
Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu
Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu
Peşə Təhsil Mərkəzinin məhsulları ABŞ-də nümayiş olundu

Lənkəran şəhəri ABŞ-nin Kaliforniya ştatının Monterey şəhərində "Türk mədəniyyəti və sənəti festivalında" təmsil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, festivalda Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin məhsullarıda nümayiş olunub.

LDPTM-nin festivala göndərdiyi hədiyyə Monterey şəhərinin meri Taylor Uilyamsona təqdim edilib. Təqdimetmədə Azərbaycanın Los- Ancelesdəki konsulu Vüqar Qurbanov iştirak edib.

Xatırladaq ki, Azərbaycanın Lənkəran və ABŞ-nin Monterey şəhərləri qardaşlaşmış şəhərlərdir.