Peşə təhsil mərkəzinin tələbəsi festival qalibi olub

27 Oktyabr, 2026 - 17:09
Peşə təhsil mərkəzinin tələbəsi festival qalibi olub

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin "Mühasibat uçotu" ixtisası üzrə təhsil alan Gülnar Cabbarova beynəlxalq rəqs müsabiqəsində uğur qazanıb. 

"Azərbaycan müəllimi"nə Peşə Təhsil Mərkəzindən verilən məlumata görə, Gülnar Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən “Payız əfsanələri” beynəlxalq incəsənət müsabiqə-festivalında birinci yerə layiq görülüb.

O, solo nominasiyası üzrə I yerin və “Ən yaxşı səhnə libası” mükafatının sahibi olub. 

Qeyd edək ki, "Payız əfsanələri 2026" Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyası tərəfindən təşkil edilən beynəlxalq incəsənət müsabiqə-festivalıdir.

Peşə təhsil mərkəzinin tələbəsi festival qalibi olub