Peşə təhsil mərkəzlərində aşpazlıq təlimləri davam edir
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində və Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində aşpaz ixtisası üzrə qısamüddətli təlimlər davam edir.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlimi uğurla başa vuran şəxslərə əmək fəaliyyətinə başlamağa imkan verən dövlət nümunəli sertifikat təqdim edilir.
Qısamüddətli təlimlərin təşkil edildiyi müəssisə və ixtisasların siyahısına keçid: https://vet.edu.gov.az/p/pese-telimler



