Peşə təhsili alan tələbələr beynəlxalq müsabiqənin qalibi oldular
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin "Bərbər" ixtisası üzrə istehsalat təlimi ustası Həyat Babayeva və mərkəzin məzunu Könül Bədəlova, Antalyada keçirilən beynəlxalq “International Hair Fest 2025” müsabiqəsində 1-ci yerə layiq görülüblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, festivalda həmçinin Almaniya və Orta Asiya ölkələrindən mütəxəssislər iştirak edərək öz bacarıqlarını nümayiş etdiriblər.                         
                        
                        
                        
                        

                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
                                                                                                                                                    
