Peşə təhsili müəssisələrinə işə qəbulun nəticələri AÇIQLANDI

12 Dekabr, 2025 - 15:49
Peşə təhsili müəssisələrinə işə qəbulun nəticələri

2025-ci ildə təşkil edilmiş peşə təhsili müəssisələrinə direktor və direktor müavini vəzifələrinə işə qəbul müsabiqəsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 14 direktor və 54 direktor müavini vakansiyası elan olunub. Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçib, 917 namizəddən tələblərə uyğun olan 561 nəfər 15 mart tarixində Bakı şəhərində keçirilən test imtahanında iştirak edib, onlardan 192 nəfəri müsahibə mərhələsində iştirak hüququ əldə edib. Müsahibədə uğur qazanan 21 nəfər namizədin müvafiq peşə təhsili müəssisələrində direktor və direktor müavini vəzifəsinə təyinatı həyata keçirilib.

Müsahibənin nəticələri ilə bağlı vətəndaşların müraciətlərinin araşdırılması məqsədilə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Apellyasiya Komissiyası təşkil edilib. Namizədlər müsabiqənin yekun nəticələrindən narazı qaldıqları halda iradlarını ətraflı şəkildə əsaslandırmaqla apellyasiya şikayəti təqdim edə bilərlər. Müraciətlər elektron qaydada https://www.portal.edu.az/ elektron müraciət portalı vasitəsilə və ya ad, soyad, şəxsiyyət vəsiqəsinin FİN-i və əlaqə nömrəsi qeyd edilməklə hr@ptda.edu.az elektron poçt ünvanına göndərilməklə qəbul edilir. Apellyasiya müraciətlərinin qəbulu 28 dekabr saat 18:00-da başa çatacaq.