Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün kurikulumların tətbiqi üzrə təlimlər keçirilib

29 Dekabr, 2024 - 09:30

26-28 dekabr tarixlərində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə kurikulumların tətbiqi istiqamətində Bakı və regionlardan cəlb olunan müxtəlif peşə təhsil müəssisələrinin 49 nəfər mühəndis-pedaqoji heyəti üçün təlimlər həyata keçirilib.

Bu barədə “Azərbaycan müəllimi”nə Agentlikdən məlumat verilib.

Bildirilib ki, təlimlərin əsas məqsədi peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətinin bilik və bacarıqlarını artırmaq, kurikulumların hazırlanması və tətbiqində yeni metodik yanaşmaları onlara təqdim etmək olub. İştirakçılar təlimdə Milli Kvalifikasiyalar Çərçivəsinin (MKÇ) peşə təhsilində rolu, səriştəəsaslı təlim və modul yanaşma barədə məlumat əldə ediblər.Eyni zamanda, qiymətləndirmənin peşə təhsilində mühüm rol oynaması, tələbə inkişafının izlənməsi və səriştələrinin ölçülməsində bu üsulların əhəmiyyəti xüsusi qeyd olunub