Peşə tələbələri “Bayraktar Teknoloji Azərbaycan”da təcrübə keçəcəklər
Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Bayraktar Teknoloji Azərbaycan” şirkətinin əməkdaşlığı çərçivəsində təşkil olunan “2026-cı il Yay təcrübə proqramı”nın seçim mərhələsi başa çatıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, proqram gənclərə müdafiə sənayesi, innovativ texnologiyalar və yüksək texnoloji istehsal sahələrində praktiki bilik və bacarıqlar aşılamaq məqsədi daşıyır.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri (Vidadi İbrahimxalilov, Turqut Xəlilzadə, Saleh Pirizadə) proqramın bütün seçim mərhələlərini uğurla keçərək təcrübədə iştirak hüququ qazanıblar.




