Peşə tələbələri üçün Gənclər Həftəsi çərçivəsində düşərgə təşkil olunub

9 Fevral, 2026 - 11:09
Peşə tələbələri üçün Gənclər Həftəsi çərçivəsində düşərgə təşkil olunub

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin seçilmiş 92 gənc tələbəsi Gənclər Həftəsi çərçivəsində 8–10 fevral tarixlərində Qusar rayonunda təşkil olunan poliqon düşərgəsində iştirak edəcək.

"Azərbaycan müəllimi" xəbər verir ki, düşərgə öncəsi mərkəz rəhbərliyinin iştirakı ilə tələbələrlə görüş keçirilib. Görüş zamanı düşərgənin təşkili, təhlükəsizlik və nizam-intizam tələbləri barədə ətraflı məlumat verilib, tələbələrə tövsiyələr çatdırılıb.

Qeyd edək ki, bu düşərgə Gənclər və İdman nazirinin ötən il Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə səfəri zamanı fəal tələbələrimizin təşəbbüsü və müraciəti əsasında Gənclər Həftəsi çərçivəsində təşkil olunub.

Bu cür təşəbbüslər gənclərin fiziki hazırlığının, komanda ruhunun və vətənpərvərlik hissinin gücləndirilməsində mühüm rol oynayır.