Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

25 Avqust, 2025 - 14:22
Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib
Qarabağ Universiteti ailəsinə xoş gəldiniz! – Şahin Bayramov gəncləri təbrik edib

Qarabağ Universitetinin rektoru Şahin Bayramov 2025-2026-cı tədris ilində ali təhsil müəssisəsinin tələbəsi adını qazanmış gənclərə təbrik ünvanlayıb.

“Azərbaycan müəllimi” rektor Şahin Bayramovun sosial media hesabındakı təbrikini oxucularla paylaşır: 

“Qarabağ Universitetinin tələbəsi adını qazanan dəyərli gənclər! Əziz dostlar!
Sizi, əməkdaşlarımız və yuxarı kurs tələbələrimiz adından təbrik edir, seçiminizə görə təşəkkürümüzü bildiririk!
Siz, Möhtərəm Prezidentimiz tərəfindən yaradılmış Qarabağ Universitetinin tələbəsi olmaq şansını düzgün dəyərləndirdiniz!
Siz, Tarixi Zəfərin qazanıldığı torpaqlarımızda fəaliyyət göstərən tələbə fokuslu və tədqiqat əsaslı Qarabağ Universitetini seçdiniz!
Siz, tələbə gənclərlə eyni dildə danışmağı bacaran akademik-inzibati heyəti formalaşan Qarabağ Universiteti ailəsinin üzvü oldunuz!
Siz, yüksək intellektli, müasir dünyagörüşlü, vətənpərvər ruhlu, dayanıqlı inkişaf təfəkkürlü, kreativ baxışlı və innovativ düşüncəli mütəxəssislər hazırlayan Qarabağ Universitetinin tələbəsi oldunuz!
Qarabağ Universiteti ailəsinə xoş gəldiniz!”.