Qarabağ Universiteti sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirdi
Qarabağ Universitetinin idman müəllimi kimi təqdim edilən Faiq Məmmədov barəsində sosial şəbəkələrdə yayılan məlumatlara sözügedən təhsil müəssisəsi aydınlıq gətirib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, mediada adı hallanan Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb və bu təhsil müəssisəsi ilə hər hansı əməkdaşlığı olmayıb:
“Hörmətli media nümayəndələrindən Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda universitetin İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamalarını xahiş edirik”.
Qeyd edək ki, F.Məmmədov hədə-qorxu ilə tələb etmədə ittiham olunub.




