Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 27 Sentyabr – Anım Günü ilə bağlı şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın şücaəti və onların gənc nəslə örnək olan həyat yolu barədə məlumat verilib.
Tədbirdə Mərkəzin veteran müəllimləri, şəhid anaları və tələbələri iştirak edib. Şəhid anaları çıxış edərək övladlarının keçdiyi şərəfli döyüş yolundan, Vətənə olan sevgisindən və göstərdikləri qəhrəmanlıqdan söz açıblar. Övladlarının əziz xatirəsinin daim yaşadılmasının vacibliyini vurğulayıblar.
Daha sonra Mərkəzin tələbələri tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş kompozisiya təqdim edilib. Kompozisiyada Vətən sevgisi, şəhidlərimizin qəhrəmanlığı və onların əziz xatirəsinə ehtiram ifadə olunub.
Anım Günü ilə əlaqədar Mərkəzin tələbələri Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərimizin məzarları önünə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin sonunda şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu video-slaydlar vasitəsilə tədbir iştirakçılarına təqdim olunub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.




