Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində "açıq dərs" keçirilib

26 Noyabr, 2025 - 14:40

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Konstitusiya və Suverenlik ədəbiyyatımızda” adlı "açıq dərs" keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, “Laborant mikrobioloq” ixtisası üzrə təhsil alan tələbələr üçün ümumtəhsil fənn müəllimi Fatimə Tağıyeva tərəfindən təşkil olunan dərsdə ədəbiyyatımızda Konstitusiya və Suverenlik mövzusu geniş şəkildə izah olunub.

Dərsdə konstitusiyanın bədii ədəbiyyatda əksi, tələbələrin təqdimatları, mövzu ətrafında müzakirələr və fikir mübadiləsi təqdim olunub.

"Açıq dərs" mərkəzin müəllimləri tərəfindən maraqla izlənib və qiymətləndirilib.