Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində master-klas keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri üçün tanınmış stilist-kolorist Əfruz Əmirova rəhbərliyi ilə peşəkar inkişaf yönümlü master-klas təşkil olunub.
"Azərbaycan müəllimi" xəbər verir ki, master-klasda müasir gözəllik trendləri və innovativ texnikalar, saç kəsimi, rənglənməsi, yığımı, makiyaj və keratin prosedurları, nəzəri biliklər və praktiki məşğələlər haqqında məlumat verilib.
Gənc ustalar öyrəndiklərini yerində tətbiq edərək bacarıqlarını inkişaf etdiriblər.
Tədbir sual-cavab sessiyası ilə interaktiv şəkildə davam edib.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Tədbirdə ətraf rayonlardan olan gənc ustalar da iştirak ediblər.



