Qəbələ peşə mərkəzində “Heydər Əliyevlə böyüyən gənclər” adlı tədbir keçirilib

12 Dekabr, 2025 - 17:25

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Heydər Əliyevlə böyüyən gənclər” adlı anım tədbiri keçirilib.

Mərkəzdən "Azərbaycan müəllimi"nə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb və şəhidlərin, eləcə də Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən mərkəzin direktor müavini Camal Rəsulov qeyd edib ki, Heydər Əliyevin dövlətçilik irsi bu gün də Azərbaycan cəmiyyətinə yol göstərən əsas dəyərlərdəndir. Onun siyasi uzaqgörənliyi, güclü idarəçilik bacarığı və gənclərə verdiyi önəm ölkəmizin sabitliyində və inkişafında mühüm rol oynayıb.
Tədbirdə Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirilib, həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.