Qəbələ Peşə Mərkəzinin tələbələri İsmayıllının turizm imkanları ilə tanış olublar

12 Avqust, 2026 - 15:47
Qəbələ Peşə Mərkəzinin tələbələri İsmayıllının turizm imkanları ilə tanış olublar

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri İsmayıllı rayonu və Lahıc qəsəbəsinin turizm imkanları ilə tanış olublar.

"Azərbaycan müəllimi" xəbər verir ki, İsmayıllı Regional Turizm İdarəsi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə əməkdaşlığı ilə tələbələr üçün İsmayıllı rayonu və rayonun Lahıc qəsəbəsinin turizm imkanları ilə tanışlıq məqsədilə infotur təşkil olunub.

İnfortur çərçivəsində tələbələr İsmayıllıda fəaliyyət göstərən kənd qonaq evləri, onların təqdim etdiyi xidmətlər və turistlərin yerləşdirilməsi imkanları ilə tanış olublar. Həmçinin İsmayıllı Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək rayonun zəngin tarixi və mədəni irsi haqqında məlumat əldə ediblər.

Səfərin növbəti ünvanı İsmayıllı rayonunun Lahıc qəsəbəsi olub. Tələbələr burada Lahıc Dövlət Tarix-Mədəniyyət Qoruğunu ziyarət edərək qəsəbənin tarixi, memarlıq xüsusiyyətləri, qədim sənətkarlıq ənənələri və turizm potensialı ilə yaxından tanış olublar. Qoruq ərazisində yerləşən tarixi-mədəni abidələr və yerli sənətkarlıq nümunələri də tələbələrin diqqətinə çatdırılıb.

İnfortur tələbələrin turizm sahəsində praktiki biliklərinin artırılmasına, regionun turizm potensialını yerində öyrənmələrinə və gələcək peşə fəaliyyətləri üçün real turizm mühiti ilə tanış olmalarına şərait yaradıb.