Qəbələdə gənclərin hüquqi maarifləndirilməsi mövzusunda tədbir keçirilib

25 May, 2026 - 14:39
Qəbələdə gənclərin hüquqi maarifləndirilməsi mövzusunda tədbir keçirilib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, 18 may-18 iyun tarixlərini əhatə edən “İnsan hüquqları aylığı” münasibətilə təşkil olunan tədbirdə tələbələrə insan hüquqları, azadlıqları, vəzifələri, təhsil hüququ və gənclərin cəmiyyətdə rolu barədə ətraflı məlumat verilib.

Çıxışlarda qeyd olunub ki, hüquqlarını bilən gənclər gələcəyini daha düzgün qurur, cəmiyyətin inkişafına daha böyük töhfə verir və məsuliyyətli vətəndaş kimi formalaşır.

Tədbirin əsas məqsədi tələbələrin hüquqi maarifləndirilməsi, insan hüquqlarına hörmətin aşılanması və gənclərin sosial fəallığının artırılması olunub.