Qəbələdə tələbələrə bullinq mövzusunda maarifləndirici təlim keçirilib
GİKM-in Dağlıq Şirvan regional nümayəndəliyinin Qəbələ bölməsi və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tərəfdaşlığı çərçivəsində mərkəzin 1-ci kursunda təhsil alan tələbələrə təlimçi Teymur Alşanov tərəfindən bullinq mövzusunda maarifləndirici təlim keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, təlim zamanı bullinqin növləri, bullinq edən və bullinqə məruz qalan şəxslərin xüsusiyyətləri, bullinqin qarşısının alınması yolları, belə hallarla qarşılaşdıqda düzgün davranış və dəstək mexanizmləri barədə məlumat verilib.
İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında tələbələrin fikirləri dinlənilib, mövzu ilə bağlı faydalı məlumatlar təqdim olunub.




