Qəbələdə “Zəfərin 5 ili”

6 Noyabr, 2025 - 13:31
Qəbələdə “Zəfərin 5 ili”
Qəbələdə “Zəfərin 5 ili”
Qəbələdə “Zəfərin 5 ili”
Qəbələdə “Zəfərin 5 ili”
Qəbələdə “Zəfərin 5 ili”

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində (QDPTM) “Zəfər Günü”nə həsr olunmuş “Zəfərin 5 ili” adlı bayram tədbiri keçirilib.

Tədbir çərçivəsində əl işlərindən ibarət sərgi təşkil olunub. Vətən müharibəsinə həsr olunan sərgidə tələbələrlə yanaşı, region üzrə əl bacarığı olan şəxslərin də əl işləri nümayiş olunub.

Mərkəzin direktoru Qalib Nəbiyev çıxışında Zəfər Gününün Azərbaycan xalqı üçün tarixi önəmini vurğulayıb, Azərbaycan Ordusunun şücaəti və şəhidlərimizin qəhrəmanlığından danışaraq bu böyük Qələbənin gənclərə örnək olduğunu bildirib.

Tədbirdə tələbələrin ifasında vətənpərvər şeirlər və mahnılar səsləndirilib. Döyüş hazırlığına dair nümayişlər təqdim olunub. “Zəfər” mövzusunda rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Vətən müharibəsinə dair videoçarxlar və Prezident İlham Əliyevin çıxışlarından hazırlanmış slaydlar nümayiş olunub.