Qəbul imtahanında maksimum nəticə göstərən Çiçək: Hədəfim hüquqşünas olmaqdır
II və III ixtisas qrupları üzrə mayın 25-də keçirilən qəbul imtahanının nəticələri elan olunub. III ixtisas qrupu üzrə ən yüksək nəticəni – 400 balı toplayan iki nəfərdən biri Qax rayonu N.Allahverdiyev adına 2 nömrəli tam orta məktəb-liseyin məzunu Hümmətli Çiçək Hümmət qızıdır.
“Azərbaycan müəllimi” xəbər verir ki, Çiçək Hümmətli daha əvvəl 11-ci sinif üzrə buraxılış imtahanında Qax rayonu üzrə ən yüksək nəticə – 297.5 bal toplayıb.
O deyir ki, hədəfi hüquqşünas olmaqdır. Çiçək intellektual inkişafı üstün tutaraq sosial şəbəkələrdən uzaq durub, şahmat və müxtəlif müsabiqələrdə də uğur qazanıb. O, bir neçə intellektual yarışın və şahmat turnirinin qalibi, müxtəlif olimpiadaların mükafatçısıdır.



