Qobu məktəbinin şagirdləri arasında yaranan mübahisə ilə bağlı AÇIQLAMA
“16 fevralda Qobu qəsəbə 1 nömrəli tam orta ümumtəhsil məktəbində IX sinifdə təhsil alan iki şagird arasında baş vermiş mübahisə zamanı biri digərinə xəsarət yetirib”.
Məktəbdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, xəsarət alan şagirdə təhsil müəssisəsində ilkin yardım göstərilib, daha sonra xəstəxanaya yönləndirilib. Şagird həkim müayinəsindən sonra ambulator müalicə üçün evə göndərilib:
“Hadisə məktəb rəhbərliyi tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qurumlara məlumat verilib. Hazırda məsələ ilə bağlı araşdırma aparılır”.



