Qonşuluqda yanan ağac məktəbə elektrik verilişində qısa fasilə yaratdı

28 Sentyabr, 2026 - 10:25
Qonşuluqda yanan ağac məktəbə elektrik verilişində qısa fasilə yaratdı

Sentyabrın 28-də “Zəngi” liseyinin yaxınlığındakı yaşayış kompleksinin həyətində ağacın yanması nəticəsində məktəbin akt və idman zalına gələn elektrik xətləri zərər görüb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, qısa müddətdə təhsil müəssisəsinə elektrik enerjisinin verilməsi bərpa olunub.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Tədris prosesi normal qaydada davam edir.