Regionlarda məktəb psixoloqları üçün təlimlər keçirilib
12 noyabr - 25 dekabr 2025-ci il tarixləri arasında Gəncə-Daşkəsən, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Qarabağ və Lənkəran-Astara Regional Təhsil idarələrinin tabeliyində fəaliiyət göstərən sosial pedaqoqların təhkim olunduğu ümumtəhsil müəssisələrinin psixoloqları ilə “Məktəbdə psixoloji xidmətin təşkili və sosial pedaqoji işin aparılmasında psixoloqun rolu” mövzusunda təlimlər keçirilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, idarənin rəis müavini Həbib Kərimov tərəfindən həyata keçirilən təlimlər zamanı 350 nəfər psixoloqa ümumtəhsil müəssisələrində sosial -pedaqoji işin təşkili və məktəbə təhkim olunmuş sosial pedaqoqların əmək funksiyaları, sosial pedaqoji və psixoloji aspeklər nəzərə alınaraq sosial pedaqoq və psixoloq tərəfindən problemlərin həllinə kompleks yanaşmanın tətbiqi yolları, istifadə edilən metodlar barədə məlumat verilib.
Bununla yanaşı, məktəb psixoloqlarının iş planının tərtib edilməsi zamanı sosial-psixoloji mühitin ilkin təhlili və nəticələrə əsasən iş planının hazırlanması, keçirilən psixodiaqnostik testlərin protokolunun tərtib olunması, hər bir uşaq barədə psixoloji rəyin yazılması, müəyyən olunmuş problemin tədqiqi və həlli yolları nəzəri və praktik şəkildə öyrədilib.
Təlimlərin keçirilməsi davam etdirilir.


