Rektor: “44” filmi tarixi yaddaşımızı və milli birliyimizi əks etdirir
Bu gün Bakı Slavyan Universitetinin (BSU) rəhbərliyi, əməkdaşları və tələbələri “44” filmin nümayişində iştirak edirlər.
Filmin nümayişindən əvvəl BSU-nun rektoru Anar Nağıyev fikirlərini bölüşərək bildirib:
““44” filmi xalqımızın tarixi yaddaşını, milli birliyini və Vətən müharibəsinin həqiqətlərini əks etdirən mühüm ekran əsəridir. Bu, bir həqiqətdir ki, bir xalqın tarixi yaddaşı onun milli kimliyinin və mənəvi bütövlüyünün əsasını təşkil edir. Heç bir müharibə və tarixi hadisə bu həqiqətin mahiyyətini dəyişdirə bilməz.
Necə ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın müasir tarixində dövlətçilik iradəsini, milli birliyi və xalqımızın sarsılmaz əzmini sarsıda bilmədi, əksinə, daha da möhkəmləndirdi. Odur ki, elmi biliklərlə yanaşı, milli dəyərlərə bağlılığın, tarixi məsuliyyətin və vətəndaşlıq mövqeyinin formalaşdırılması da təhsil müəssisələrinin əsas hədəflərindən biri olmalıdır”.




