Rektor: Bu il NDU-nun ən çox məzunun olduğu ildir

25 İyun, 2025 - 09:32
Rektor: Bu il NDU-nun ən çox məzunun olduğu ildir
Rektor: Bu il NDU-nun ən çox məzunun olduğu ildir
Rektor: Bu il NDU-nun ən çox məzunun olduğu ildir
Rektor: Bu il NDU-nun ən çox məzunun olduğu ildir

2025-ci il Naxçıvan Dövlət Universitetinin (NDU) tarixində ən çox məzunun təhsilini başa vurduğu ildir.  

"Azərbaycan müəllimi" xəbər verir ki, bunu NDU-nun rektoru Elbrus İsayev "Məzun Günü" tədbirində çıxış edərkən bildirib.

O qeyd edib ki, 2024-2025-ci tədris ilinin yekununda 2313  tələbə məzun olur:

"2024-cü illə müqayisədə bu il məzun sayında  5% artım olub. Bu il NDU tarixində təhsil ocağının ən çox məzun verdiyi il olaraq tarixə düşür. Eyni zamanda, son 5 ilin göstəricilərinin təhlilinə əsasən, universitet məzunlarının 73%-i əmək bazarında ixtisaslarına uyğun vəzifələrdə çalışırlar".