"Rəqəmsal məktəb" platforması 550-dən çox məktəbi əhatə edəcək

7 Sentyabr, 2026 - 09:44
"Rəqəmsal məktəb" platforması 550-dən çox məktəbi əhatə edəcək

2026–2027-ci tədris ilində “Rəqəmsal məktəb” platformasına Abşeronun 47, Sumqayıtın 48, Bakının 15, Gəncənin 50, Mingəçevirin 29, Naxçıvanın isə 20 məktəbi qoşulacaq.

Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, platformanın genişlənməsi 209 məktəbi əhatə edir. Yeni tədris ilində isə platformanın ümumi əhatə dairəsi isə 550-dən çox məktəbi əhatə edəcək.