Məktəblilərin Respublika İdman Olimpiadası iştirakçılarının 73 faizi regionların payına düşür
Ölkədə ilk dəfə keçiriləcək Məktəblilərin Respublika İdman Olimpiadasında iştirak edəcək məktəblilərin böyük əksəriyyəti regionları təmsil edir.
Elm və Təhsil Nazirliyindən “Azərbaycan müəllimi”nin sorğusuna cavab olaraq bildirilib ki, olimpiadaya qatılacaq 2019 iştirakçıdan 548 nəfəri Bakı şəhərinin, 1471 nəfəri isə regionların payına düşür. Beləliklə, Bakı məktəblərinin iştirakçı sayı ümumi iştirakçıların 27 faizini, regionların göstəricisi isə 73 faizini təşkil edir.
Qeyd edək ki, olimpiada müxtəlif yaş qruplarını əhatə edən 12 idman növü üzrə keçiriləcək.




