"Rəqəmsal məktəb"ə qoşulan məktəblər kompüterlə təmin olunub – MÜTDA
2026–2027-ci illərdə genişlənən ərazilərdən 225 000-ə yaxın şagird, 15 000-dən çox müəllim "Rəqəmsal məktəb" platformasından istifadə edəcək.
Bu barədə "Azərbaycan müəllimi"nin sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində kağız jurnaldan istifadə etməyəcək və elektronlaşdırılan məktəblər kompüterlə təmin olunub. Eyni zamanda həmin məktəblərə müvafiq internet xətləri də çəkilib. Bununla bağlı həmin şəhərlərlə daim kommunikasiya qurulur.




