Risk qrupunda olan uşaqlar üçün valideyn-məktəb-icma birlikdə fərdi planlar hazırlamalıdır
“Orta ümumtəhsil müəssisələrində həm məzmun, həm də praktik baxımından kifayət qədər işlər aparılır. Bununla bağlı müsbət nəticələr ələdə etmək üçün konkret addımlar atılmalıdır”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova bildirib.
Qeyd olunub ki, daimi və açıq kommunikasiya, valideynlərlə müntəzəm görüşlər, onlayn qruplar, fərdi əlaqə mexanizmləri, problemlər baş verməmişdən əvvəl məlumatlandırma, valideyn seminarları, psixoloji maarifləndirmə görüşləri, məktəb tədbirlərində valideynlərin aktiv iştirakı, bələdiyyə, QHT-lər, hüquq-mühafizə orqanları, mədəniyyət mərkəzləri ilə birgə layihələr, peşə tanıtımı, təhlükəsizlik və sağlam həyat mövzularında görüşlər və ən əsası isə, şagird yönümlü yanaşma mütləqdir. Xüsusi ilə risk qrupunda olan uşaqlar üçün valideyn-məktəb-icma birlikdə fərdi planlar hazırlamalıdır. Və psixoloq, sosial pedaqoqun aktiv iştirakları xüsusilə önəmlidir:
“Daha faydalı nəticələr əldə etmək üçün həmçinin peşəkar kadr hazırlığına diqqət məktəb psixoloqları, sosial işçilər və müəllimlər üçün davamlı təlimlər təşkil edilməli, uşaqlara yönəlmiş müdafiə və reabilitasiya yönümlü yanaşmaların prioritetləşdirilməsi, ictimai maarifləndirmə kampaniyalarının genişləndirilməsi və s. işlər daha da güclənməlidir”.


