Saatlı məktəblisi Avropa çempionu olub

13 May, 2026 - 15:23
Saatlı məktəblisi Avropa çempionu olub

Macarıstanda keçirilən qol güləşi üzrə 35-ci Avropa çempionatında ölkəmizi təmsil edən gənc idmançı Rafiq Fətəliyev böyük uğura imza atıb.

"Azərbaycan müəllimi" xəbər verir ki,  Saatlı rayonu Ələddin Şüküroğlu adına Varxan kənd tam orta ümumtəhsil məktəbinin 8-ci sinif şagirdi olan Rafiq Fətəliyev milli yığma komandanın tərkibində çempionatda iştirak edib. 

O, 55 kq çəki dərəcəsində rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb.

Qeyd edək ki, Rafiq şəhid əmisi Rafiq Abdullayevin adını daşıyır.

Saatlı məktəblisi Avropa çempionu olub