"SABAH.city"dən alim və tədqiqatçılar üçün yeni təşəbbüs

13 Noyabr, 2026 - 14:52
"SABAH.city"dən alim və tədqiqatçılar üçün yeni təşəbbüs

"SABAH.city" tərəfindən "Venture Scientist Program" adlı yeni proqrama start verilib. Proqram alim və tədqiqatçılara elmi araşdırmalarını praktiki biznes imkanlarına və innovativ layihələrə çevirmək, eləcə də onların kommersiyalaşdırılmasına dəstək göstərmək məqsədi daşıyır.

“Azərbaycan müəllimi” xəbər verir ki, 5 aylıq hibrid formatda "Global Innovation Dojo" və "UC Berkeley Sutardja Center for Entrepreneurship & Technology" (SCET) ilə əməkdaşlıq çərçivəsində keçirilən proqram beynəlxalq mentorluq və praktiki biliklər təqdim edir. 

Proqramı uğurla tamamlayan iştirakçılara "UC Berkeley SCET" sertifikatı veriləcək.