Salyan məktəbində baş verən hadisə ilə bağlı AÇIQLAMA

31 Oktyabr, 2025 - 13:56
Salyan məktəbində baş verən hadisə ilə bağlı AÇIQLAMA

Şirvan-Salyan Regional Təhsil İdarəsi Salyan şəhər Əliağa Kürçaylı adına 7 nömrəli Texniki və təbiət fənləri təmayüllü liseydə kimya müəllimi ilə 10-cu sinif şagirdi arasında baş verən xoşagəlməz hadisə ilə bağlı açıqlama verib.

İdarədən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, müəllim çantasında olan pul vəsaitinin şagird tərəfindən götürüldüyünü ehtimal edərək onun pulqabısını yoxlayıb. Bundan xəbər tutan valideyn məktəbə gələrək etirazını bildirib. Təhsil müəssisəsinin rəhbərliyi tərəflərlə söhbət aparıb, bu cür halların birgə müzakirələrlə aradan qaldırılmasının vacibliyini diqqətə çatdırıb.

"Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna, dərs prosesində buraxdığı nöqsana görə məktəbin Pedaqoji Şurasının 28.10.2025-ci il tarixində keçirilən iclasının qərarı əsasında müəllim barəsində intizam tənbeh tədbiri görülüb.