Salyan Peşə Liseyinə yeni direktor təyin olunub
Salyan Peşə Liseyində yeni təyinat olub.
"Azərbaycan müəllimi" xəbər verir ki, Arzu Əliyeva Sübhan Rahim oğlu Cəbrayılov adına Salyan Peşə Liseyinin direktoru vəzifəsinə təyin edilib.
O, 2024-cü il 30 aprel tarixində Salyan rayonu Çadırlı kənd ümumi orta məktəbinə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub, 2025-ci il 15 iyun tarixindən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.




