"Scopus"da nəşr ilə bağlı təlim təşkil olunacaq
Tədqiqatçılar üçün “Scopus bazasında nəşr üçün uyğun jurnalların seçilməsi” mövzusunda onlayn təlim keçiriləcək.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, təlimin məqsədi tədqiqatçıların beynəlxalq elmi nəşr imkanlarını genişləndirmək və nəşr strategiyalarını daha effektiv şəkildə qurmağa dəstək olmaqdır.
Təlim çərçivəsində iştirakçılara tədqiqat mövzusu, keyfiyyət göstəriciləri və elmi təsir meyarlarına uyğun indekslənən jurnalların müəyyənləşdirilməsi üzrə praktiki yanaşmalar təqdim olunacaq. Eyni zamanda bazanın alətlərindən səmərəli istifadə, jurnal metriklərinin düzgün qiymətləndirilməsi, “yırtıcı” (elmi dürüstlük və şəffaflıq prinsiplərinə riayət etməyən jurnallar) jurnalların tanınması və onlardan yayınma üsulları, eləcə də məqalələrin nəşrə qəbul olunma imkanlarının artırılması yolları müzakirə ediləcək.
Təlimçi: Saide Sak - müştəri məmnuniyyəti üzrə menecer, "Elsevier"
Tarix: 25 fevral 2026-cı il, saat 15:00
Dil: Türk dili
Qeydiyyat linki: https://elsevier.zoom.us/.../WN_EIQcXbCYTQ6SZ7qLHX0U7A



