Sədərəkdə erkən nikahın qarşısı alınıb

24 Noyabr, 2025 - 13:36
Sədərəkdə erkən nikahın qarşısı alınıb

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, rayonun Dəmirçi kəndində 21 yaşlı şəxslə 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.
Erkən nikaha yol verilməməsi üçün  tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.