Şəhidin qızı Avropa çempionu oldu
Bosniya və Herseqovinanın Sarayevo şəhərində keçirilən Taekvondo üzrə Klublararası Avropa çempionatında Göygöl rayon İrəvan İdman Mərkəzinin yetirməsi Aydan Hüseynova 33 kiloqram çəki dərəcəsində Bosniya və Herseqovina, Türkiyə və Ukraynadan olan rəqiblərini məğlub edib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Aydan final görüşündə də Türkiyəni təmsil edən idmançı üzərində qələbə qazanaraq Avropa çempionu adına layiq görülüb.
Qeyd edək ki, Aydan Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elbrus Hüseynovun qızıdır.




