Şəki-Zaqatala regionunda 815 şagird RFM və Lütfi Zadə olimpiadasının yarımfinalına vəsiqə qazanıb

7 Aprel, 2026 - 12:15
Şəki-Zaqatala regionunda 815 şagird RFM və Lütfi Zadə olimpiadasının yarımfinalına vəsiqə qazanıb

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 815 şagird Respublika fənn müsabiqələrinin və Lütfi Zadə adına məntiq olimpiadasının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, nəticələrə əsasən, ən çox vəsiqə Şəki rayonu üzrə qeydə alınıb – 311 nəfər. Digər rayonlar üzrə göstəricilər belədir: Balakən – 157 nəfər, Qəbələ – 102 nəfər, Oğuz – 91 nəfər, Zaqatala – 83 nəfər, Qax – 71 nəfər.

Fənlər üzrə nəticələrə gəldikdə, kimya fənni üzrə 194, riyaziyyat üzrə 178, məntiq üzrə 174, biologiya və təbiət fənləri üzrə hər biri 75, fizika üzrə 64, informatika üzrə isə 55 şagird yarımfinal mərhələsinə yüksəlib.

Qeyd edək ki, fənn müsabiqələri və Lütfi Zadə adına məntiq olimpiadası şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsi, onların elmi potensialının üzə çıxarılması və istedadlı gənclərin dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.