Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi "Grand Motors" ilə əməkdaşlıq edəcək
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı və tələbələrin praktiki biliklərinin artırılması istiqamətində növbəti uğurlu addımını atıb. Mərkəz ilə ölkənin qabaqcıl şirkətlərindən olan "Grand Motors Company" arasında qarşılıqlı əməkdaşlıq memorandumu imzalanıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, memorandumun əsas məqsədi təhsil alanların avtomobil sənayesinin ən aktual istiqamətləri üzrə praktiki vərdişlərə yiyələnməsini təmin etməkdir. Razılaşma çərçivəsində tələbələr müasir texnologiyalarla yaxından tanış olmaq, peşəkar iş mühitində təcrübə keçmək və sahə üzrə mütəxəssislərdən dərslər almaq imkanı qazanacaqlar.
Bu əməkdaşlıq gələcəyin ixtisaslı mütəxəssislərinin yetişdirilməsinə, onların müasir əmək bazarının tələblərinə uyğun hazırlanmasına və məzunların işlə təmin olunma imkanlarının genişləndirilməsinə xidmət edəcək.



