Şirvan-Salyan bölgəsinin 12 məktəbi PIRLS 2026 tədqiqatına cəlb olunub
20 aprel tarixindən etibarən PIRLS (Progress in International Reading Literacy Study) 2026 tədqiqatının əsas mərhələsinə start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 12 ümumtəhsil məktəbində 13 sinifdən 288 nəfər şagird beynəlxalq qiymətləndirilməyə cəlb edilib.
Qiymətləndirmə regional idarə üzrə mayın 20-dək davam edəcək.
Tədqiqat çərçivəsində ibtidai sinif şagirdlərinin oxu anlama, mətnlə işləmə və analitik düşünmə bacarıqları beynəlxalq səviyyədə qiymətləndirilir. PIRLS nəticələri təhsil sisteminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.



