Şirvan-Salyan regionu LMO və RFM-in finalında 71 şagirdlə təmsil olunacaq
Lütfi Zadə adına Riyaziyyat-Məntiq Olimpiadası (LMO) və Respublika fənn müsabiqələrinin (RFM) final mərhələsində Şirvan-Salyan regionu üzrə iştirak edəcək şagirdlərin sayı məlum olub.
“Azərbaycan müəllimi” xəbər verir ki, sözügedən region növbəti mərhələdə ümumilikdə 71 şagirdlə təmsil olunacaq.
Final mərhələsinə vəsiqə qazananların 17-si riyaziyyat-məntiq, 20-si təbiət, 11-i riyaziyyat, 9-u kimya, 8-i informatika, 4-ü fizika, 2-si isə biologiya fənni üzrə mübarizə aparacaq.



