SOCAR-ın prezidenti BANM tələbələri ilə səhər yeməyində görüşüb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Bakı Ali Neft Məktəbinin (BANM) 33 Prezident təqaüdçüsü və “TEKNOFEST-2024”ün qalibləri ilə səhər yeməyində görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial şəbəkə hesabında paylaşım edib.
Görüşdə həmçinin SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva və SOCAR-ın Kommunikasiya məsələləri üzrə icraçı direktoru Aygün Hüseynova da iştirak ediblər.
BANM-in rektoru Azərbaycanın belə savadlı, bilikli və bacarıqlı gənclərinə göstərdiyi diqqət və qayğıya görə, SOCAR rəhbərliyinə minnətdarlığını bildirib.


