STEAM-in təcrübə proqramına 500-dən çox gənc müraciət edib
 
                         
                         
                         
                         
                         
                        28 yanvar tarixində "STEAM Azərbaycan" layihəsinin təşkilatçılığı ilə həyata keçirilən təcrübə proqramının müsahibə mərhələsi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, təcrübə proqramına ümumilikdə 500-dən çox gənc müraciət edib.
Müraciətlər arasından müxtəlif meyarlar əsasında seçilən 70-dən çox iştirakçı müsahibə mərhələsinə dəvət olunub.
İştirakçılar müsahibə mərhələsində müxtəlif sahələrdə bilik və bacarıqlarını təqdim ediblər.
 


 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            