STEAM'ool olimpiadasında 2400-dən çox şagird iştirak edir
 
                         
                         
                        STEAM'ool olimpiadasının statistikası açıqlanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə STEAM Azərbaycan layihəsi məlumat yayıb.
Belə ki, olimpiadada geniş iştirak təmin olunub:
223 ümumtəhsil müəssisəsi
603 komanda
2412 şagird
Şagirdlər bu olimpiada vasitəsilə elmi biliklərini praktik bacarıqlarla birləşdirərək mühəndislik, texnologiya, incəsənət və riyaziyyat sahələrində öz potensiallarını nümayiş etdirirlər.
 


 
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                     
                                                                                                                                                    

 
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                             
                                            