Sultan Raev: Türk dünyasının ümumi birliyi Naxçıvandan başlayır
“Şair Bəxtiyar Vahabzadənin əsərlərininin hamısını bütün türk - özbək, tatar, türkmən və s. dillərə tərcümə etmisik”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında dünyaşöhrətli yazıçı Şandor Lejakın kitablarının təqdimatı zamanı deyib.
Baş katib bildirib ki, tədbir türk dunyası üçün çox əlamətdardır: “Dünyaşöhrətli yazıçı Şandor Lejakın bütün əsərləri Avropada çeşidli şəkildə kitabxanalara təqdim edilib. Yazıçının əsərlərinin kitabxananın fondunda olması çox vacib məsələdir”.
Sultan Raevin sözlərinə görə, türk dünyasının ümumi birliyi Naxçıvandan başlayır. O vurğulayıb ki, böyük insanların vətəni olan Naxçıvan dünyaya türk dünyasının memarı olan Heydər Əliyev kimi şəxsiyyət bəxş edib.


